Hörmətli kolleqalar,
Qalça-Diz Artroplastika Dərnəyi (KADAD) və Azərbaycan Tibb Universiteti Travmatologiya və Ortopediya kafedrası olaraq 26-27 sentyabr 2025 -ci il tarixində Bakı şəhərində “ 19-cu İrəli Artroplastika Kursu ” keçirməyi planlayırıq. Bu kurs, xüsusən Bud-çanaq və Diz oynaqları artroplastikası və ağırlaşmaları üzrə biliklərini yeniləmək istətəyən mütəxəsis ortoped-travmatoloqlar üçün nəzəri biliklərlə yanaşı, maket sümüklər üzərində praktik tətbiqlərlə bilik və bacarıqlarını yeniləmək məqsədi daşıyır. Kursiyerlərə artroplastika üzrə təcrübəli mütəxəsislərin tövhələri ilə həm dəyirmi masa arxasında, həm də təqdimatlarda praktiki və nəzəri müzakirə imkanları yaradılacaqdır.
Siz, Azərbaycanlı və Türkiyəli həmkarlarımızı yenilənmiş interaktiv proqramla iki günlük kursumuzda aramızda görməkdən şad olarıq. Bakının ən gözəl guşələrindən biri olan Ağ şəhərdə Bakı Marriott Boulevard otelində keçiriləcək 19-cu İrəli Artroplastika Kursunda Sizlərlə görüşməyi ümid edirik.
Təşkilat komitəsi:
Qalça-Diz Artroplastika Dərnəyi (KADAD)
ATU Travmatologiya və Ortopediya kafedrası
Hörmətlə,
Prof. Dr. İbrahim Tuncay
Qalça Diz Artroplastika Dərnəyi İdarə Heyətinin Sədri
Kursun Həmsədri
Prof. Dr. Eldar Abbasov
Kursun Həmsədri